0
Wednesday 18 September 2024 - 14:10

Livanın Səhiyyə Naziri: “3000-ə yaxın yaralı xəstəxanalara yerləşdirilib”

Story Code : 1160790
Livanın Səhiyyə Naziri: “3000-ə yaxın yaralı xəstəxanalara yerləşdirilib”
“Əl-Məyadin” şəbəkəsinin verdiyi xəbərə görə, Livan Səhiyyə Nazirliyinin başçısı Farisul-Əbyəz İsrail rejiminin ölkəsinə etdiyi cinayətkar və təcavüzündən sonra ilk yardımın İraqdan göndərildiyini deyib.
“İraqdan 20-dən çox həkim və 15 tondan çox tibbi ləvazimat göndərilib”-deyə nazir əlavə edib.
Livan səhiyyə Naziri: “3 minə yaxın yaralı xəstəxanalara yerləşdirilib. Ağır yaralıların bəzisininin müalicəsi üçün digər ölkələrə göndərilməsinə də məcbur qala bilərik.
Farisul-Əbyəz Livana kömək təklif edən və yardım göndərəcək bütün qardaş ölkələrə, o cümlədən Misir, İran və Suriyaya  təşəkkürünü bildirib və onların bu təşəbbüsü üçün minnətdar olduğunu deyib.
 
Source : SaharTV
Comment