0
Wednesday 18 September 2024 - 08:34

ABŞ-ın növbəti həyasızlığı: Bu şərtlə İranla danışığa hazırıq

Story Code : 1160728
ABŞ-ın növbəti həyasızlığı: Bu şərtlə İranla danışığa hazırıq
ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bununla bağlı deyib: "İran nüvə enerjisi ilə bağlı beynəlxalq danışıqları bərpa etmək istəyirsə, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) müfəttişlərini nüvə obyektlərinə buraxmalıdır."

"İran BAEA-nın girişi əngəlləməyi dayandırmalıdır. Və yalnız bundan sonra bu cür müzakirələrə başlamaq mümkün olacaq", - deyə o brifinqdə İran prezidenti Məsud Pezeşkianın Qərblə İranın nüvə sazişinin bərpasını müzakirə etməyə hazır olmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, rəsmi Tehran BAEA, 5+1 ölkələrinin bütün şərtlərinə əməl etdiyi halda, sabiq prezident Donald Tramp İranla 2015-ci il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunduğunu bildirib. ABŞ bu addımı ilə nüvə sazişini, beynəlxalq ödəliklərini pozaraq bir daha dünyaya nümayiş etdirib ki, heç bir qanuna, sazişə əhəmiyyət vermir!
Comment