İran Pezeşkianın Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib
Story Code : 1160151
“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatı BRICS Media Sammitində Rusiyadakı səfir Kazım Cəlali təsdiqləyib.
“İran İslam Respublikasının Prezidenti hörmətli cənab Pezeşkian Kazanda keçiriləcək sammitdə iştirak edəcək”, – o, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun İran liderinin sammitdə iştirakının diplomatik kanallarla təsdiqlənməsini gözlədikləri barədə sözlərinə şərh verərkən bildirib.