0
Saturday 14 September 2024 - 22:40

Hizbullah PUA və raketlərlə İsrail ordusuna hücum etdi

Story Code : 1160044
Hizbullah PUA və raketlərlə İsrail ordusuna hücum etdi
Hizbullah bu gün günortadan sonra 4 nömrəli elanında İsrail ordusunun Maaliyah Golani bazasındakı Hermon 810 briqadasının qərargahını intiharçı PUA-lardan ibarət eskadronla hədəf aldığını açıqlayıb.

Livan müqaviməti 5 nömrəli elanında İsrail ordusunun "Az-Zaure" bölgəsindəki artilleriya bölmələrini vurduğunu da açıqlayıb.

Eyni zamanda, Hizbullah İsrail ordusunun casusluq texnikalarının Hedb Yaron hərbi mövqeyində məhv edildiyini bildirib.

Hizbullah bu gün günorta saatlarında sionist rejimin raket və silah anbarlarından birinin yerləşdiyi İsrail ordusunun 282 saylı bazasına da hücum edib.

Son aylar ərzində Hizbullah Fələstin xalqına dəstək məqsədilə İsrail ordusunun yüzlərlə hərbi mövqeyini hədəfə alıb.
Comment