0
Saturday 14 September 2024 - 17:42

Rusiya Ukraynanın zərbələrinə uzaqmənzilli silahlarla cavab verəcək

Story Code : 1159995
Rusiya Ukraynanın zərbələrinə uzaqmənzilli silahlarla cavab verəcək
Moskva Ukraynanın Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməyə görə ABŞ və Böyük Britaniyadan icazə almasını ciddi risk elementi kimi görür.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Sergey Ryabkov bu gün jurnalistlərə açıqlamasında deyib.

“Prinsipcə, burada ciddi risk elementi var, çünki Vaşinqton, London və digər ölkələrdəki düşmənlər oynadıqları oyunun təhlükə dərəcəsini lazımınca qiymətləndirmir”, - o bildirib.

 
Comment