0
Saturday 14 September 2024 - 14:00

Belarus Çinlə müdafiə sahəsində əməkdaşlığı gücləndirir

Story Code : 1159981
Belarus Çinlə müdafiə sahəsində əməkdaşlığı gücləndirir
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Belarusun müdafiə naziri Viktor Xrenin Çin Mərkəzi Televiziyasına açıqlamasında deyib.

Nazir qeyd edib ki, hazırda iki ölkənin Müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədədir və çinli həmkarı ilə görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

“Çin Xalq Azadlıq Ordusunun müdafiə naziri ilə müdafiə, sülhməramlı fəaliyyət, təlim, birgə döyüş hazırlığı sahəsində əməkdaşlığımızın gələcək perspektivlərini müəyyən etdik. Əməkdaşlığımızı daha da genişləndirməyə töhfə verəcək bir sıra tədbirləri müzakirə etdik, qarşılıqlı fəaliyyətin yeni sahələrini müəyyənləşdirdik”, - o əlavə edib.
Comment