0
Saturday 14 September 2024 - 12:35

İlon Mask hər il mühafizəsi üçün milyonlarla dollar xərcləyir

Story Code : 1159948
İlon Mask hər il mühafizəsi üçün milyonlarla dollar xərcləyir
“Report”un xəbərinə görə, bu barədə “The New York Times” “Tesla” şirkətinin daxili sənədlərinə istinadən məlumat yayıb.

Sənədlərə əsasən, Mask müntəzəm olaraq ölüm təhdidləri və təqiblərlə üzləşir. Bu, onu “onsuz da nəhəng olan təhlükəsizlik qüvvələrini” ABŞ-nin Məxfi Xidmətinin daha kiçik ekvivalentinə qədər genişləndirməyə məcbur edib.

Ona yaxın olan, adı açıqlanmayan mənbələr “The New York Times”a bildiriblər ki, tez-tez təhdidlər səbəbindən Mask daha təcrid olunmuş həyat tərzi sürməyə başlayıb. Sahibkar hətta özünün “X” şirkətinin tualetinə gedəndə cangüdənsiz hərəkət etmir.

Əgər əvvəllər Maskı yalnız iki mühafizəçi müşayiət edirdisə, indi o, 20 təhlükəsizlik mütəxəssisi ilə səyahət edir. Onlar silahlıdırlar, Maskın girməli olduğu binaları yoxlayır və sahibkara yaxınlaşma yollarını öyrənirlər. Qəzetə müsahibə verən təhlükəsizlik ekspertlərinin fikrincə, milyarder biznesmen kimi yox, dövlət başçısı kimi qorunur.

 
Comment