0
Wednesday 11 September 2024 - 14:02

Blinken: Qəzzada atəşkəs sazişinin bağlanmasına zəmanət yoxdur

Story Code : 1159367
Blinken: Qəzzada atəşkəs sazişinin bağlanmasına zəmanət yoxdur
Bu barədə "Report" “Sky News”a istinadən xəbər verir.

Britaniya telekanalına müsahibəsində E.Blinken danışıqların uğuruna inandığını, lakin atəşkəs yolunda hələ də maneələrin olduğunu vurğulayıb.

"Nə qədər çox vaxt keçsə, bizi geri qaytaracaq və ya gələcək işimizi çətinləşdirəcək gözlənilməz hadisə riski bir o qədər çox olar, amma sənəddə və artıq razılaşdırılanlara əsaslanaraq əminəm ki, artıq məqsədə yaxınıq. Bu o deməkdir ki, biz buna nail olacağıq? Xeyr, çünki hələ də çətin məsələlər var. Nəticədə tərəflərin qərar qəbul etməsi zəruri olacaq", - o deyib.

Blinkenin sözlərinə görə, indi söhbət işğalçı İsrailə və ya HƏMAS Müqavimət hərəkatına təzyiqin artırılmasından deyil, hər iki tərəfin razılaşmanın onların maraqlarına uyğun olduğunu başa düşməsindən gedir. Dövlət katibi həmçinin vurğulayıb ki, ABŞ İsrail rəhbərliyini təklif olunan şərtlərlə razılaşmağa məcbur edə bilməz, lakin onu belə bir addımın düzgünlüyünə inandırmaq cəhdlərini davam etdirəcək.
Comment