0
Wednesday 11 September 2024 - 12:14

Artıq çəkili gənclərə görə ABŞ ordusunun komplektləşdirilməsi çətinləşir

Story Code : 1159355
Artıq çəkili gənclərə görə ABŞ ordusunun komplektləşdirilməsi çətinləşir
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə “American Security Project” təşkilatının hesabatında bildirilir. İstefada olan hərbçilərin yaratdığı təşkilat ordu ilə bağlı vəziyyətin təhlili ilə məşğuldur.

Təşkilatın ekspertləri bildirirlər ki, gənclər arasında yayılmış piylənməyə görə ordunun yeni heyətlə komplektləşdirilməsi ildən-ilə çətinləşir. 2002-ci illə müqayisədə ordu sıralarına qəbul olmaq istəyənlərin sayı 54 faizədək azalıb. Qəbul şərtlərinin yüngülləşdirilməsi vəziyyətin yaxşılaşmasına təsir etməyib.

Pentaqonun 2015-ci ilə aid hesabatına görə, 17-24 yaş arası amerikalıların 71 faizi artıq çəki, təhsilsizlik, narkotikdən istifadə və cinayətkar keçmişinə görə hərbi xidmətə yararsızdır. Bu yaşda gənclərin 31 faizinin orduya yazılmasına isə artıq çəki mane olur.

Maraqlıdır ki, artıq çəki həqiqi hərbi xidmətdə olanlar üçün də problemdir. Artıq çəkili hərbçilərin müalicəsi üçün Müdafiə Nazirliyi hər il 1 milyard dollardan çox pul xərcləyir.

 
Comment