0
Wednesday 11 September 2024 - 12:11

Qəzzada işğalçı İsrailə məxsus helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Story Code : 1159322
Qəzzada işğalçı İsrailə məxsus helikopter qəzaya uğrayıb, 2 nəfər ölüb, 7 nəfər yaralanıb
Qəzza zolağında işğalçı İsrailə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 hərbçi ölüb, 7 nəfər yaralanıb.

"Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə işğalçı İsrail Ordusunun məlumatında deyilir.

Bildirilib ki, sionist rejim Hərbi Hava Qüvvələrinə məxsus "Yanşuf" helikopteri Rəfah bölgəsinə eniş edərkən qəzaya uğrayıb.

Qeyd edilib ki, bütün yaralılar xəstəxanaya yerləşdirilib.
Comment