0
Tuesday 10 September 2024 - 15:29

Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyi 13 ildən sonra fəaliyyətini bərpa edib

Story Code : 1159145
Səudiyyə Ərəbistanının Suriyadakı səfirliyi 13 ildən sonra fəaliyyətini bərpa edib
Suriyanın rəsmi xəbər agentliyinin (SANA) məlumatına görə, Səudiyyə Ərəbistanı səfirliyinin müvəqqəti işlər vəkili Abdullah Əl Haris bildirib ki, səfirlik Ər-Riyad və Dəməşq arasında ikitərəfli əlaqələrin inkişafı üçün  səylərini əsirgəməyəcək.

Dəməşqin “Dörd Fəsil” hotelində qonaqların qarşılanması mərasimində çıxış edən Haris deyib: "Səudiyyə Ərəbistanı səfirliyinin yenidən açılması iki qardaş ölkə arasında münasibətlər tarixində mühüm məqamdır."

Suriyanın xarici işlər nazirinin müavini Ayman Raad da Səudiyyə Ərəbistanı ilə Suriya arasındakı qardaşlıq və ictimai əlaqələrin dərinliyini vurğulayaraq bildirib ki, Səudiyyə Ərəbistanının Dəməşqdəki səfirliyinin və ondan öncə Suriyanın Ər-Riyaddakı səfirliyinin fəaliyyətinin bərpası iki ölkə arasında münasibətlərin güclənməsinə, ərəb ölkələrinin, o cümlədən region ölkələrinin maraqlarına uyğundur.
Comment