0
Sunday 8 September 2024 - 23:33

Amerika vətəndaşlarının İsrail tərəfindən öldürülməsinə Vaşinqtonun biganəliyi

Story Code : 1158807
Amerika vətəndaşlarının İsrail tərəfindən öldürülməsinə Vaşinqtonun biganəliyi
İordan çayının qərb sahilində sionistlər tərəfindən bir Amerika vətəndaşının güllələnməsinə Blinkenin reaksiyası belə olub: “Biz bu faciəvi itkiyə görə təəssüflənirik”.

Amerika-Türkiyə vətəndaşı Ayşenur Ezgi Eygi cümə günü İordan çayının qərb sahilində snayperdən açılan bir başa atəş nəticəsində öldürülüb. Müayinədən sonra onun baş nahiyəsindən hədəf alındığı bildirilib.

ABŞ dövlət katibi Dominikan Respublikasına səfəri zamanı jurnalistlər qarşısında bildirib ki, bu 26 yaşlı Amerika vətəndaşının sionistlər tərəfindən öldürülməsi ilə bağlı o və Co Bayden “səmimi qəlbdən başsağlığı” verir. Blinken nə baş verdiyini dəqiq araşdırdıqdan sonra lazımi nəticə çıxarılacağını qeyd edib.