0
Saturday 7 September 2024 - 12:21

İran Rusiyaya silah vermədiyini bildirib

Story Code : 1158553
İran Rusiyaya silah vermədiyini bildirib
“Report” xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda deyilir.

“İranın Ukraynadakı münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Tehran münaqişədə iştirak edən tərəflərə hərbi yardım göstərməyi “qeyri-insani” hesab edir ki, bu da itkilərin artmasına, infrastrukturun dağılmasına və atəşkəs danışıqlarından uzaqlaşmasına səbəb olur. Belə ki, İran nəinki bu cür hərəkətlərdə iştirakdan çəkinir, həm də digər ölkələri münaqişədə iştirak edən tərəflərə silah tədarükünü dayandırmağa çağırır”, - bəyanatda vurğulanıb.

Bundan əvvəl “The Wall Street Journal” adı açıqlanmayan amerikalı və avropalı rəsmilərə istinadən məqalə dərc edib və orada İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etdiyini iddia edib.
Comment