0
Tuesday 3 September 2024 - 23:56

Zaxarova: Borrellin “reseptlərindən” sonra Aİ ilə Rusiya arasında hərbi toqquşma riski var

Story Code : 1157929
Zaxarova: Borrellin “reseptlərindən” sonra Aİ ilə Rusiya arasında hərbi toqquşma riski var
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, bu toqquşmanın nəticələri fəlakətli olacaq. Zaxarova onu da xatırladıb ki, Borrell dəfələrlə Ukrayna münaqişəsinə son qoyulmasının Avropa İttifaqının maraqlarına uyğun olmadığını açıqlayıb, baxmayaraq ki, əgər istəsə, Aİ Ukraynaya silah verməməklə döyüşləri “iki həftə ərzində” dayandıra bilər.

“Əvəzində Avropa İttifaqı Kiyevə silah tədarükünü sürətləndirmək və artırmaq zərurəti ilə bağlı bəyanatlar verir”.
Comment