0
Wednesday 4 September 2024 - 07:49

Qəzzada körpələrin qətliamında ABŞ-ın böyük rolu var!

Story Code : 1157927
Qəzzada körpələrin qətliamında ABŞ-ın böyük rolu var!
İşğalçı İsrail rejiminin Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabiti bazar ertəsi sionist rejimin "Haaretz" qəzetinə verdiyi müsahibədə deyib ki, əgər Vaşinqtonun bu rejimə hərbi dəstəyi olmasaydı, Qəzzada müharibəni bir aydan çox davam etdirmək çətin olardı. O əlavə edib: "Biz xaricdən asılılığı azaltmaq üçün yerli silahların istehsalını artırmağa çalışırıq".

ABŞ və “Co Bayden” administrasiyası işğalçı İsrailin Qəzza zolağına hərtərəfli hücumlarının başlamasından bəri sionist rejimin ən böyük dəstəkçiləridir.

ABŞ işğalçı İsrailə ən böyük silah tədarükçüsü olmaqla yanaşı, Qəzza müharibəsinin dayandırılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının sionist rejim əleyhinə qətnamələrinin qəbuluna dəfələrlə mane olub.

Rəsmi Vaşinqton Qəzzada soyqırıma etiraz edən dünya əhalisini razı salmaq üçün İsraili dildə müharibəni dayandırmağa çalışır, ama Ağ Ev pərdə arxasında sionist rejimi təpədən dırnağa silahlandıraraq, Qəzza körpələrin, qadınların, yaşlıların qətliam edilməsinə yaşıl işıq yandırır.
Comment