0
Tuesday 3 September 2024 - 07:32

ABŞ-ın yeni quldurluğu - Prezidentin təyyarəsini oğurladılar

Story Code : 1157755
ABŞ-ın yeni quldurluğu - Prezidentin təyyarəsini oğurladılar
ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirdiyini təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.

“Dassault Falcon 900EX” təyyarəsi Dominikan Respublikasında ələ keçirilib və Floridanın cənub bölgəsinə yönləndirilib. Hava laynerinin saxlanılmasına səbəb ABŞ-nin ixrac nəzarəti və sanksiya qanunlarını pozması göstərilir.

Ədliyyə naziri və baş prokuror Merrik Qarlandın sözlərinə görə, Amerika tərəfi iddia edir ki, təyyarə qanunsuz olaraq 13 milyon dollara alınıb, Maduro və onun tərəfdaşlarının istifadəsi üçün Venesuelaya aparılıb.
Comment