0
Saturday 31 August 2024 - 13:21

Ərəblər ondan əl çəkmir: Görün hansı şərtlərlə müqavilə təklif edirlər

Story Code : 1157254
Ərəblər ondan əl çəkmir: Görün hansı şərtlərlə müqavilə təklif edirlər
Publika.az xəbər verir ki, ərəblər onunla futbolçu kimi 5 il, 10 il isə 2034-cü il dünya çempionatının səfiri kimi müqavilə imzalamağı planlaşdırır. Bu barədə "Globo Esporte" məlumat yayıb.

Vinisiusun “Qızıl top”u alana qədər Avropanı tərk etməyəcəyi bildirilir. O, bu il mükafatın favoritlərindən biridir. Səudiyyəlilərin fikrincə, bu, onlara danışıqlarda kömək edə bilər.

Vinisius Junior üçün mümkün müqavilənin əsas detalları:

- 5 illik futbol müqaviləsi üçün 1 milyard avro;
- 2029-cu ildə növbəti klubunu seçmək azadlığı;
- 2034-cü il dünya çempionatı və Səudiyyə Ərəbistanı çempionatının səfiri rolu;
- Futbolçunun karyerası bitdikdən sonra ölkədə yerli futbol sahəsində vəzifə əldə etmək imkanı.

Mənbə onu da bildirir ki, futbol ulduzları, xüsusilə Neymar və Kriştiano Ronaldo ilə bahalı müqavilələr 2025-ci ilin yayında bitdiyi üçün səudiyyəlilər bunu Vinisiusun gəlişi üçün vəsait boşaltmaq üçün fürsət kimi görürlər. Braziliyalının potensial klubları “Əl-Hilal”, “Əl-İttihad” və “Əl-Nəsr”dir. Futbolçuya hələlik rəsmi təklif göndərilmədiyi də bildirilir.

 
Comment