0
Saturday 31 August 2024 - 12:05

Ronaldu 1000 qol vurduqdan sonra karyerasını bitirəcək

Story Code : 1157241
Ronaldu 1000 qol vurduqdan sonra karyerasını bitirəcək
"Report" xəbər verir ki, futbolçu bunu İngiltərə yığmasının keçmiş müdafiəçisi Rio Ferdinandın "Yutub" kanalına müsahibəsində deyib.

Hücumçu tezliklə qarşısına 900, daha sonra 1000 qol vurmaq hədəfi qoyacağını, zədəsi olmayacağı təqdirdə karyerasını 41 yaşına qədər davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, 39 yaşlı hücumçunun aktivində 899 qol var (763-ü klub matçlarında, 130-u Portuqaliya millisində). O, beş dəfə Çempionlar Liqasının, üç dəfə İngiltərə Premyer Liqasının, iki dəfə İspaniya və İtaliya çempionatlarının qalibi olub. K.Ronaldu 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionu titulunu qazanıb.

 
Comment