Əl-Məyadin şəbəkəsinin məlumatına görə, Amerikaya məxsus qırıcı Suriyanın şərqindəki Deyr-əz Zor bölgəsində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Lakin qırıcının ekipajı xilas edilib.
Bəzi xəbər mənbələri bu qırıcının Deyr əz-Zor ətrafında İranın nəzarətində olan bölgədə qəzaya uğradığını iddia edib.
Bəzi mənbələr qırıcının Suriya ordusunun nəzarəti altında olan Deyr-əz-Zor ətrafındakı “İslah əl-Bulil” bölgəsində qəzaya uğradığını bildirib.
Bu mənbələr təyyarənin qəzaya uğramazdan əvvəl şərqdəki Əl-Möhsün bölgəsində "Koalisiya"ya bağlı bəzi yerləri bombaladığını bildirib.
Son zamanlar Deyr-əz-Zorun şərq hissəsində ABŞ hərbi bazası üç dəfə raket hücumuna məruz qalıb.