QR CodeQR Code

Suriyada Amerika qırıcısı qəzaya uğradı

28 Aug 2024 23:31

IslamTimes - Bu gün axşam xəbər mənbələri Suriyanın şərqində Amerika qırıcısının qəzaya uğraması barədə məlumat yayıb.


Əl-Məyadin şəbəkəsinin məlumatına görə, Amerikaya məxsus qırıcı Suriyanın şərqindəki Deyr-əz Zor bölgəsində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Lakin qırıcının ekipajı xilas edilib.

Bəzi xəbər mənbələri bu qırıcının Deyr əz-Zor ətrafında İranın nəzarətində olan bölgədə qəzaya uğradığını iddia edib.

Bəzi mənbələr qırıcının Suriya ordusunun nəzarəti altında olan Deyr-əz-Zor ətrafındakı “İslah əl-Bulil” bölgəsində qəzaya uğradığını bildirib.

Bu mənbələr təyyarənin qəzaya uğramazdan əvvəl şərqdəki Əl-Möhsün bölgəsində "Koalisiya"ya bağlı bəzi yerləri bombaladığını bildirib.

Son zamanlar Deyr-əz-Zorun şərq hissəsində ABŞ hərbi bazası üç dəfə raket hücumuna məruz qalıb.


Story Code: 1156756

News Link :
https://www.islamtimes.com/az/news/1156756/suriyada-amerika-qırıcısı-qəzaya-uğradı

Islam Times
  https://www.islamtimes.com