0
Tuesday 27 August 2024 - 17:37

İlham Əliyevin mühafizəçisi Türkiyədə ölü tapıldı - Foto

Story Code : 1156544
İlham Əliyevin mühafizəçisi Türkiyədə ölü tapıldı - Foto
3 gün əvvəl ailəsi ilə Kuşadasına gələn 50 yaşlı Mahirin meyitini həyat yoldaşı Kəmalə Məmmədova beşulduzlu otellərdən birində aşkar edib.

Məlumata görə, səhər yeməyindən sonra Mahir otağına qalxıb, həyat yoldaşı və oğlu isə şəhəri gəzməyə gediblər. Onlar otelə qayıdarkən Mahir Məmmədovun cansız bədəni ilə qarşılaşıblar.

Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Məmmədovun öldüyünü təsdiqləyiblər. Ölümün səbəbi İzmirdə tibbi ekspertizadan sonra məlum olacaq.

Qeyd edək ki, Mahir Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin də mühafizəçisi olub. O/Unikal.az/
Comment