0
Monday 26 August 2024 - 09:21

Türkiyədən "Telegram" AÇIQLAMASI - Qərb Durova dişini buna görə qıcayıb

Story Code : 1156195
Türkiyədən "Telegram" AÇIQLAMASI - Qərb Durova dişini buna görə qıcayıb
"Telegram messencerini Qərb kəşfiyyat agentlikləri üçün mühüm məlumat mənbəyi hesab etmək lazımdır."

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu İstanbul Esenyurt Universitetinin professoru, baş nazirlikdə təhlükəsizlik məsələləri üzrə keçmiş ekspert Erhan Canikoğlu deyib.

""Telegram" məlumat mənbəyidir, xüsusən də Rusiya-Ukrayna münaqişəsi kontekstində", o deyib.

Canikoğlunun sözlərinə görə, rus və ukraynalı əsgərlər messencerdən ünsiyyət və informasiya platforması kimi fəal şəkildə istifadə edirlər. Professor qeyd edib ki, "Telegram, ona daxil olmaq şərti ilə son dərəcə vacib məlumat mənbəyinə çevriləcək.

Ekspert qeyd edib ki, Qərb Ukrayna tərəfinin messencerdən istifadədən həddən artıq asılılığında təhlükəsizlik riskləri görə bilər.
Comment