0
Monday 26 August 2024 - 08:05

Netanyahu işğalçı İsrail rejimi rəsmilərilə mübahisə edib

Story Code : 1156192
Netanyahu işğalçı İsrail rejimi rəsmilərilə mübahisə edib
“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Netanyahu işğalçı İsrail ordusunun Fələstin anklavını Misirdən ayıran Filadelfiya dəhlizinə nəzarəti məsələsində güzəştə getməkdən imtina edib, öz növbəsində nümayəndə heyətinin üzvləri isə mövqeyin yumşaldılmasını xahiş ediblər.

Cinayətkar Baş nazir işğalçı İsrail ordusunun mövqelərindən birinin bir neçə yüz metr yerdəyişməsinə razılıq versə də, uzunluğu 14 kilometrə yaxın olan sərhədə nəzarəti saxlamaqda israrlıdır.

Netanyahu danışıqlar aparan İsrail nümayəndə heyətinin bəzi üzvlərinin təzyiqlərinə baxmayaraq, bu şərtlərin saxlanmasını tələb edib.
Comment