0
Thursday 22 August 2024 - 23:44

Yəmən silahlı qüvvələri İsrail rejiminə aid iki gəmini hədəfə alıb

Story Code : 1155641
Yəmən silahlı qüvvələri İsrail rejiminə aid iki gəmini hədəfə alıb
Yəhya Səri, ilk gəminin Yəmən silahlı qüvvələrinin İsrail limanlarına yüklərin daşınmasına qadağa qoyulması ilə bağlı xəbərdarlıqlarına məhəl qoymayan SOUNION adlı neft tankeri olduğunu bildirib.

Yəhya Sarinin sözlərinə görə, ikinci gəmi də SW North Wind I gəmisi olubş Bu gəmi bir neçə dəfə İsrail rejiminin limanlarına yanaşmışdı.

Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin Qırmızı dənizdə sözügedən gəminin dəqiq hədəfə alındığını və batmaq təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

O əlavə edib: “Bu əməliyyatlarda intihar qayıqları, ballistik və qanadlı raketlər, pilotsuz uçuş aparatları istifadə edilib.; Yəmən silahlı qüvvələri İsrail düşməninin dəniz blokadasını davam etdirməkdə və bu rejimlə əməkdaşlıq edən gəmilərə hücumda israrlıdır.
Comment