QR CodeQR Code

Yəmən silahlı qüvvələri İsrail rejiminə aid iki gəmini hədəfə alıb

إسلام تايمز , 22 Aug 2024 23:44

LIslamTimes - Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri işğalçı İsrail rejimi ilə əməkdaşlıq edən şirkətlərə məxsus Qırmızı dəniz və Ədən körfəzində iki gəminin Yəmən raketləri və pilotsuz təyyarələri tərəfindən hədəf alındığını açıqlayıb.


Yəhya Səri, ilk gəminin Yəmən silahlı qüvvələrinin İsrail limanlarına yüklərin daşınmasına qadağa qoyulması ilə bağlı xəbərdarlıqlarına məhəl qoymayan SOUNION adlı neft tankeri olduğunu bildirib.

Yəhya Sarinin sözlərinə görə, ikinci gəmi də SW North Wind I gəmisi olubş Bu gəmi bir neçə dəfə İsrail rejiminin limanlarına yanaşmışdı.

Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin Qırmızı dənizdə sözügedən gəminin dəqiq hədəfə alındığını və batmaq təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

O əlavə edib: “Bu əməliyyatlarda intihar qayıqları, ballistik və qanadlı raketlər, pilotsuz uçuş aparatları istifadə edilib.; Yəmən silahlı qüvvələri İsrail düşməninin dəniz blokadasını davam etdirməkdə və bu rejimlə əməkdaşlıq edən gəmilərə hücumda israrlıdır.


Story Code: 1155641

News Link :
https://www.islamtimes.com/az/news/1155641/yəmən-silahlı-qüvvələri-israil-rejiminə-aid-iki-gəmini-hədəfə-alıb

Islam Times
  https://www.islamtimes.com