0
Thursday 22 August 2024 - 10:48

İran parlamenti Pezeşkianın təklif etdiyi bütün nazirlərə etimad səsi verib

Story Code : 1155491
İran parlamenti Pezeşkianın təklif etdiyi bütün nazirlərə etimad səsi verib
Bu gün İran parlamentinin ictimai zalında 14-cü hökumətin təklif olunan nazirlərinin səlahiyyətləri, keçmişləri və planlarının nəzərdən keçirilməsinin beşinci və sonuncu günündə təklif olunan nazirlər üzrə səsvermə keçirilib və parlament üzvlərin səsləri ilə 14-cü hökumətin nazirləri müəyyən edilib. 
Səsvermədən əvvəl prezident Məsud Pezeşkian parlamentə gələrək, bu həftə ərzində ikinci dəfə olaraq, təklif etdiyi nazirləri müdafiə edib.
Prezidentin çıxışından sonra səsvermə keçirilib və onun nəticəsi açıqlanıb. 
 
Source : SaharTV
Comment