İraqdakı Müqavimət qrupları ABŞ qüvvələri ilə atəşkəsi dayandırıb
Story Code : 1155233
“Report” xəbər verir ki, bu barədə silahlı birləşmənin üzvü Heydər əl-Lami məlumat verib.
Onun sözlərinə görə, atəşkəs mövcud olmadığı üçün silahlı qruplaşmalar İraqdakı ABŞ hərbi bazalarına hücum etmək üçün hər fürsətdən istifadə edəcək.
Qeyd olunub ki, atəşkəsi dayandırmaq qərarı iyulun 30-dan sonra ABŞ-ın İraqın Babil əyalətində “Əl-Həşd əş-Şaabi” Müqavimət cəbhəsi hədəflərinə hücumundan sonra verilib.