0
Tuesday 20 August 2024 - 12:31
Rusiya prezidentinin Bakıya gəlib

Putinin səfəri Qərbə mesajdırmı?

Story Code : 1155085
Putinin səfəri Qərbə mesajdırmı?
Bu məlumata əsasən, ikigünlük səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyır.
Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, eləcə də aktual beynəlxalq və regional problemlərin müzakirə olunacağı bildirilir.
Səfərin yekunları üzrə dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır.
Sputnik xəbər agentliyinin məlumatına görə, bu, Putinin Azərbaycana səkkizinci səfəridir, sonuncu səfəri isə 2018-ci ilin sentyabrında olub.
Bu günlərdə Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfər edib, bu ölkənin rəsmiləri ilə görüş keçirib, sonra Azərbaycan Respublikasına gedib və İlham Əliyevlə məsləhətləşmələr aparıb.
Bəzi təhlillərə görə, Qərb dövlətlərinin Ermənistanı öz çətirləri altına almağa cəhd etmələri fonunda, Putinin Bakıya gözlənilməz səfəri Cənubi Qafqazda gedən proseslərlə birbaşa əlaqədədir. Belə ki, Rusiya rəhbərliyi Azərbaycanla birlikdə Qərbin planları ilə qarşılaşmağı düşünür.
 
Source : SaharTV
Comment