0
Tuesday 20 August 2024 - 09:15

Tramp seçilsə İlon Maska vəzifə verəcək

Story Code : 1155036
Tramp seçilsə İlon Maska vəzifə verəcək
Teleqraf.com xəbər verir ki, sabiq prezident bu barədə “Reuters” agentliyinə müsahibəsində bildirib. Bununla yanaşı Tramp tanınmış iş adamını konkret hansı posta gətirəcəyi ilə suala cavab verməyib.

“Wall Street Journal”ın xəbərinə görə, Donald Tramp və İlon Mask vaxtaşırı görüşür və telefonla danışırlar. Mətbuat konfranslarının birində Tramp bildirib ki, “o, İlon Maska, Mask da ona hörmət edir. Mask ABŞ-də çox ciddi problemlərin olduğunu başa düşür”.
Comment