0
Monday 19 August 2024 - 12:10

Putin: Rusiya Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün nəsə edə bilsə, şad olar

Story Code : 1154850
Putin: Rusiya Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün nəsə edə bilsə, şad olar
APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə bildirib.

Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı əlbəttə ki, tərəflərin tələb etdiyi ölçüdə olacaq: “Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”, - Rusiya lideri vurğulayıb.
Comment