0
Sunday 18 August 2024 - 14:43

İsrail ordusunun iki mayoru məhv edildi

Story Code : 1154696
İsrail ordusunun iki mayoru məhv edildi
Bu barədə qaniçən İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Maddi-texniki təminat korpusunun briqadasının 34 yaşlı iki mayoru – Mordexay Yosef Ben Şuam və Yotam İtsxak Pelets dünən Qəzzada hərbi kolonun hərəkəti zamanı yolda quraşdırılmış bombanın partlaması nəticəsində məhv ediliblər. Partlayış nəticəsində yaralananlar da var.

Bununla da Qəzzada aparılan quru əməliyyatları zamanı məhv edilən işğalçı İsrail hərbçilərinin sayı 331-ə çatıb. Ümumilikdə oktyabrın 7-dən İsrailin Qəzzaya işğalçı hücumlarının, müsəlmanlara qarşı qətliamın başladılmasından sonra məhv edilən İsrail hərbçilərinin sayı isə 691 nəfərdir.
 
Comment