Aptı yenə elan etdi: Ukrayna bölmələrini məhv edirik!
Story Code : 1154690
Axar.az xəbər verir ki, bunu TASS-a Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Əhməd” xüsusi təyinatlılarının komandanı, general-mayor Aptı Alaudinov deyib.
"Vəziyyət nəzarətdədir. Düşmən gecə-gündüz mənim bölməmin yerləşdiyi ərazilərə keçməyə çalışsa da, buna nail ola bilməyib. Düşmənin xeyli sayda əsgəri məhv edilib. Bu gün bir zirehli döyüş maşını məhv edilib”, - o bildirib.
Alaudinov əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin məhv edilməsi üzrə hərbi əməliyyatlar davam edir.