0
Sunday 18 August 2024 - 12:43

Putin Pezeşkianı rəsmən BRİKS sammitinə dəvət edib

Story Code : 1154689
Putin Pezeşkianı rəsmən BRİKS sammitinə dəvət edib
IslamTimes - Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianı Kazanda keçiriləcək BRİKS sammitinə rəsmən dəvət edib.

Modern.az xəbər verir ki, bu haqda İranın Moskvadakı səfiri Kazem Celali İRNA-ya açıqlamasında bildirib. O, dəvətin dövlət başçıları arasındakı telefon danışıq zamanı edildiyini söyləyib.

BRİKS liderləri bu il oktyabrın 22-24-də Rusiyanın ev sahibliyi ilə Kazanda görüşəcəklər.

BRİKS qrupu üzv ölkələr arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

BRİKS ölkələri öz regionlarının regional işlərinə əhəmiyyətli təsir imkanları ilə tanınır.

Hazırda BRİKS-in 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya.

 
Comment