0
Saturday 17 August 2024 - 14:53
Xunta rejimi Bakı nefti hesabına enerji təhlükəsizliyini təmin edir

Azərbaycan bu il İsrailə 2 milyon tona yaxın neft ixrac edib - AKTUAL

Story Code : 1154524
Azərbaycan bu il İsrailə 2 milyon tona yaxın neft ixrac edib - AKTUAL
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir. Məlumatda qeyd olunur ki, cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasından İsrailə 1.12 milyard dollar dəyərində 1.8 milyon ton qara qızıl ixrac edilib və bu rejim Azərbaycanın neft müştəriləri arasında ikinci yerini qoruyub saxlayıb.
Azərbaycan Respublikasından neft idxal edən ölkələr arasında birinci yeri İtaliya yutur. Həmin ölkə cari ilin yanvar-iyul aylarında 3.6 milyard dollar dəyərində təqribən 5.7 milyon ton neft idxal edibdir.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Çexiya tutur.
Ümumilikdə hesabat dövründə 22 ölkəyə 9 milyard dollar dəyərində neft ixrac edilib.
Qeyd edək ki, qondarma İsrail rejiminə neft ixracı ötən 10 ayda bu rejimin hərb maşınına və bombardmançı təyyarələrinə yanacaq təmin etməklə onun müharibə zamanı enerji təhlükəsizliyini təmin etməkdə əsas rol oynayıb. Bu məsələ xüsusilə neftin tranzit olunduğu Türkiyənin əhalisi tərəfindən hiddətlə qarşılanıb və bir neçə dəfə SOCAR-ın nümayəndəliyi qarşısında aksiya keçirilib. Etirazçılar həmçinin Türkiyə hökumətindən bu çirkli bazarlığa son qoyulmasını tələb edirlər. Bununla belə Türkiyə hökuməti İsrail rejimini terror dövləti adlandırdığı halda Ceyhan terminalını qaniçən rejimin üzünə bağlamaqdan boyun qaçırır.
 
Source : SaharTV
Comment