0
Saturday 17 August 2024 - 14:19

Azərbaycan və Ermənistan arasında Atəşkəsin pozulması barədə qarşılıqlı bəyanatlar

Story Code : 1154519
Azərbaycan və Ermənistan arasında Atəşkəsin pozulması barədə qarşılıqlı bəyanatlar
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Avqustun 16-sı saat 03:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu  istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Müdafiə Nazirliyi dünən də bir məlumat yayaraq Avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulduğunu bildirmişdi.
Azərbaycan Müdafiə Nazirliyinin dünənki məlumatı Ermənistan tərəfindən təkzib olundu. Ermənistan Müdafiə Nazirliyi bildirdi ki, bu  məlumat həqiqətə uyğun deyil. Ermənistan MN-nin məlumatında o da bildirilir ki, diplomatik kanallarla Azərbaycan Respublikası prezident administrasiyasına atəşkəsin pozulması hallarının araşdırılması üçün qarşılıqlı mexanizmlərin yaradılması təklif edilib.
 
Source : SaharTV
Comment