0
Saturday 17 August 2024 - 09:52

İşğalçı İsrailin növbəti cinayəti - 10 dinc sakin şəhid oldu

Story Code : 1154470
İşğalçı İsrailin növbəti cinayəti - 10 dinc sakin şəhid oldu
İşğalçı İsrail rejiminin Hərbi Hava Qüvvələrinin (HHQ) Livanın cənubundakı Nəbatiyyə şəhərində yerləşən yaşayış binasına endirdiyi zərbələr nəticəsində 10 nəfər dinc sakin şəhadətə çatıb.

“Əl-Cəzirə” telekanalının verdiyi xəbərə əsasən, Livan Səhiyyə Nazirliyi yaşayış binasına endirilən zərbədən sonra 10 nəfərin şəhid olduğunu və bir neçə nəfərin yaralandığını bildirib.

Qəzzada tez-tez yaşayış binaları, qaçqın düşərgələri və məktəbləri hədəf alaraq müsəlmanları qətliam edən sionist İsrail rejiminin "Müdafiə" Qüvvələri isə öz növbəsində son dərəcə həyasızlıqla Nəbatiyyə şəhərində “Hizbullah”ın silah anbarına zərbələr endirdiklərini bildirib.

 
Comment