0
Thursday 15 August 2024 - 14:48

Səfir anons etdi: İranla Rusiya arasında strateji tərəfdaşlıq sazişi imzalanacaq

Story Code : 1154110
Səfir anons etdi: İranla Rusiya arasında strateji tərəfdaşlıq sazişi imzalanacaq
Publika.az xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali TASS-a bildirib.

“Bu layihə üzərində iki ölkənin Xarici İşlər Nazirliklərinin hüquq idarələri işləyir. O, baxılması üçün prezident administrasiyasına təqdim olunub. Hazır olan kimi sənədi iki dövlət başçıları tərəfindən imzalanacaq”, - İranın diplomatik missiyasının rəhbəri imzalanma perspektivlərini şərh edərkən qeyd edib.

Bundan əvvəl TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko qeyd edib ki, iyunun 21-də Moskvada iki ölkənin Xarici İşlər Nazirliyinin hüquq və ərazi idarələrinin ekspertlərinin məhsuldar məsləhətləşmələri zamanı, müvafiq sazişin mətnini yekunlaşdırmaq mümkün olub. Ən yüksək səviyyədə ən yaxın ikitərəfli təmaslardan biri çərçivəsində sazişin imzalanmağa hazırlanması üçün zəruri olan dövlətdaxili prosedurların başlanması razılaşdırılıb.

Tural

 
Comment