0
Thursday 15 August 2024 - 11:59

Rus qoşunlarından uğurlu həmlə: Cəbhədə durum dəyişdi

Story Code : 1154099
Rus qoşunlarından uğurlu həmlə: Cəbhədə durum dəyişdi
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Rusiya qüvvələri Travyan su anbarının şərq sahili yaxınlığı və Qlıbokoyun qərbində (Xarkovun şimalı) irəliləyiblər. Ruslar sıçrayış əldə etdiyi digər istiqamət isə Lukyantsinin cənubudur.

Eyni zamanda, Rusiya ordusu Donbasda Toretsk və Çasiv Yara təzyiqini davam etdirir. Hələlik bu yöndə dəyişiklik yoxdur. Amerikalı analitiklər rusların Pokrovsk istiqamətində irəliləyişini təsdiqləyiblər, bu, iki yöndə qeydə alınıb - Novoselivka Perşanın şimalı və Jelaninin şimal-qərbində.

Quru hücumları həmçinin Donetskin qərbində Krasnoqorivka və Georgivkada, vilayətin cənub-qərbində Kostantinivka, Vodyanı və Uqledarda davam edir.

Cəbhənin digər ərazilərində ciddi dəyişiklik yoxdur.

 
Comment