0
Thursday 15 August 2024 - 10:35

Ali Məqamlı Rəhbər düşmənin psixoloji müharibəsinə qarşı durmağın vacibliyini vurğulayıb

Story Code : 1154070
Ali Məqamlı Rəhbər düşmənin psixoloji müharibəsinə qarşı durmağın vacibliyini vurğulayıb
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei Kohgiluyə və Boyer Əhməd vilayətinin Milli Şəhidlər Konqresi Qərargahının üzvləri ilə görüşündə əziz xalqa və İslami İrana qarşı aparılan psixoloji müharibənin əsas sütunlarından birinin düşmənlərin imkanlarını şişirtmək olduğunu bildirərək, buyurublar: "İnqilabın qələbəsinin əvvəlindən bəri onlar müxtəlif yollarla xalqımıza aşılayırdılar ki, Amerikadan, İngiltərədən və sionistlərdən qorxmalısınız".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri düşmənin hərbi sahədə apardığı psixoloji müharibənin qorxu yaratmaq və İran millətini geri çəkilməyə məcbur etmək məqsədi daşıdığını vurğulayaraq, buyurublar: "Qurani-Kərimin təfsirinə əsasən, istənilən sahədə, istər hərbi sahədə, istərsə də siyasi, təbliğat və iqtisadi sahədə qeyri-taktiki geri çəkilmə Allahın qəzəbinə səbəb olur".
O, Həzrət zəiflik və təcrid hissi və düşmənin tələblərinə təslim olmağı onun siyasi arenada gücünü şişirtməyin təsirlərindən hesab ediblər və əlavə ediblər: "Bu gün irili-xırdalı ölkələr ilə birlikdə hegemonçu ölkələrein tələblərinə tabe olan hökumətlər əgər öz xalqlarına və imkanlarına arxalansalar və düşmənin həqiqi gücünü mübaliğədən uzaq dərk etsələr, onların tələbləri qarşısında müqavimət göstərə bilərlər".
Həzrət Ayətullahül-üzma Xamenei mədəniyyət sahəsində passivlik hissi, düşmən mədəniyyətinə heyranlıq və öz mədəniyyətini təhqir etməyi düşmənin mədəniyyət sahəsində şişirdilməsinin nəticəsi kimi səciyyələndirərək, deyiblər: "Bu passivliyin nəticəsi qarşı tərəfin həyat tərzini qəbul etmək və hətta. xarici söz və ifadələrdən istifadə etməkdir".
İnqilab Rəhbəri, həmçinin şəhidləri və mücahidləri düşmənin psixoloji müharibəsinə qarşı duran ünsürlər hesab edib, əlavə ediblər: "Biz qorxu hiss etmədən, başqalarının sözlərindən təsirlənmədən psixoloji müharibənin qarşısında dayanan gənclərin qədrini bilməliyik və bu həqiqəti bədii əsərlərdə və anım mərasimlərində əks etdirib, yaşatmalıyıq". 
 
Source : SaharTV
Comment