0
Tuesday 13 August 2024 - 01:20

Norveçlilər Avropa İttifaqına qarşı

Story Code : 1153633
Norveçlilər Avropa İttifaqına qarşı
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Norveçdə Avropaya inteqrasiya tərəfdarlarının sayında azalma müşahidə olunur.

Rəy sorğusunun nəticələrinə görə, əgər ölkə yenidən Avropa İttifaqına qoşulmaq üçün referendum təşkil etsə, respondentlərin yalnız 30%-i “bəli” səsini verəcək - bu, keçən illə müqayisədə 5% azdır.

Tədqiqata görə, norveçlilərin 56%-i dövlətin Avropa İttifaqına daxil olmasına qarşı çıxıb, daha 14%-i isə hələlik cavab qərarı verməyib.
Comment