BMT-nin baş katibi qaniçən İsrail rejiminin hücumunu pislədi
Story Code : 1153630
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlər üçün brifinqdə Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
“Baş katib, qadın və uşaqlar da daxil olmaqla Qəzzada davam edən insan tələfatını pisləyir. Biz İsrailin yüzlərlə fələstinli ailənin sığınacağı olan Qəzzadakı əl-Tabiyin məktəbinə növbəti dağıdıcı zərbəsini gördük”, – deyə BMT rəsmisi bildirib.
Quterreş, həmçinin mülki şəxslərin təhlükəsizliyinin və anklava maneəsiz humanitar girişin təmin edilməsinin vacibliyini vurğulayıb.