Venesuelada baş verən iğtişaşlar zamanı 25 nəfər ölüb
Story Code : 1153627
“Report” xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.
Onun sözlərinə görə, iyulun 29 və 30-da baş vermiş zorakılıq dalğası təhlükəsizlik güclərindən möhkəm və qəti tədbirlər tələb edib:
“Lakin bu müddət ərzində cinayətkarlar və terrorçular elə vəhşiliklə hərəkət etdilər ki, təəssüflər olsun ki, Araqua və Nueva-Esparta ştatlarında Milli Qvardiyanın iki üzvü də daxil olmaqla 25 nəfər həlak olub”.