0
Monday 12 August 2024 - 22:53

BMT: Qəzzalıların 96%-i aclıq böhranı ilə üzləşib

Story Code : 1153624
BMT: Qəzzalıların 96%-i aclıq böhranı ilə üzləşib
Bazar günü Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağındakı acınacaqlı vəziyyətlə bağlı bir daha xəbərdarlıq edib: "Qəzzə sakinlərinin 96 faizi Qəzza zolağında aclıq və uşaqlar arasında artan qida çatışmazlığı halları ilə üzləşib. Sionist rejimin Qəzza zolağındakı cinayətləri beynəlxalq ictimaiyyətin ciddi fəaliyyətsizliyi kölgəsində davam edir və son bir neçə ayda İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində 40 minə yaxın fələstinli şəhid olub. Bu hücumların bəzisi o qədər şiddətli olub ki, onu "Holokast", "Qətliam" adlandırıblar. 

Qeyd edək ki, İsrail ordusu, şənbə günü səhər tezdən "Əl-Tabayin" məktəbinə hava hücumu ilə Qəzza zolağının son həftələrdə şahidi olduğu ən böyük qırğınlardan birini həyata keçirdi. "Hey əl-Dərc" bölgəsində (Qəzza zolağının mərkəzi) 100-dən çox fələstinlinin şəhid olması, onlarla insanın yaralanması və itkin düşməsi ilə nəticələnən bu cinayət işğalçı İsrail rejiminin əsil kimliyini bir daha oraya qoydu.
Comment