0
Monday 12 August 2024 - 20:22

Qərb İranın İsraili vurmaması üçün əl-ayağa düşüb

Story Code : 1153598
Qərb İranın İsraili vurmaması üçün əl-ayağa düşüb
Almaniya kansleri Olaf Şolts İran Prezidenti Məsud Pezeşkiana zəng edib.

Publika.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edən Şolts Pezeşkianı hərbi eskalasiyanın daha da artmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.

O, əks halda region ölkələri və xalqları üçün saysız-hesabsız təhlükələrin yaranacağını bildirib.

Qeyd edək ki, ABŞ məhz bu həftə İranın işğalçı İsrail rejiminə hücum edəcəyini bildirib.
Comment