0
Monday 12 August 2024 - 19:50

Ərdoğandan Hakan Fidana təlimat: “Bitirin”

Story Code : 1153595
Ərdoğandan Hakan Fidana təlimat: “Bitirin”
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Əldə edilən məlumata görə, Efiopiya Baş naziri Abiy Əhməd Əli may ayında Prezident Rəcəb Tayyib Ərdoğana məktub yazaraq, Efiopiya-Somali münaqişəSI ilə bağlı Ankaradan dəstək istəyib.

Prezident Ərdoğanın “Böhranı həll edin” təlimatı ilə hərəkətə keçən xarici işlər naziri Hakan Fidan Somalidən də eyni xahişi alan kimi ilk təşəbbüsünü iyul ayında etmişdi. Fidan iyulun 1-də Ankarada efiopiyalı və somalili həmkarları ilə görüşmüşdü.

Tərəflər sentyabrın 2-də yenidən Ankarada görüşmək barədə razılaşmışdı. Somali tərəfi ilə ən yüksək səviyyədə aparılan təmaslar nəticəsində danışıqların ikinci raundunun sentyabrın 2-də yox, bu gün Ankarada keçirilməsi qərara alınıb. iki ölkənin nümayəndə heyətləri bu gün Ankarada masa arxasına əyləşəcək.

Görüşlərdə iki ölkənin ehtiyacları, narahatlıqları və yanaşmaları nəzərə alınaraq kompromisin əldə edilməsi məqsədi qarşıya qoyularkən, Ankaranın iyulun 1-dən etibarən bölgə ölkələri ilə təmaslarını davam etdirdiyi və onların da bu prosesə dəstək vermələrini istədiyi bildirilir. Türkiyənin vasitəçiliyi ilə davam edən prosesdə müsbət gəlişmələrin olduğu deyilir.
Comment