0
Monday 12 August 2024 - 15:15

ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəməndəki hədəflərə hücum edib

Story Code : 1153508
ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəməndəki hədəflərə hücum edib
“Report” xəbər verir ki, bu barədə Yəmənin “Masirah” telekanalı məlumat yayıb.

“Düşmən Amerika və Britaniya təyyarələri Kemran adasına hücum edib, aviazərbələr endiriblər”, - telekanal xəbər verir.

Yəmən televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı isə sərhəddəki Səada əyalətinin Gur rayonundakı obyekti vurub.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya təyyarələri ötən həftənin cümə günü Hudeyda şəhərinin Ras İsa bölgəsində bir neçə hədəfə hücum etmişdi.
Comment