0
Sunday 11 August 2024 - 17:52

Bayden Trampı ABŞ-ın təhlükəsizliyinə əsl təhdid hesab edir

Story Code : 1153324
Bayden Trampı ABŞ-ın təhlükəsizliyinə əsl təhdid hesab edir
APA xəbər verir ki, bu barədə Bayden CBS telekanalına müsahibəsində deyib.

Qeyd olunur ki, Baydenin müsahibəsinin tam versiyası bu gün yayılıb. Lakin müsahibə avqustun 7-də alınıb.

“Bu sözlərimi yadda saxlayın. Əgər Tramp bu seçkilərdə qalib gəlsə, o zaman baş verənlərə nəzarət etməli olacaqsınız. O, təhlükədir. O, Amerikanın təhlükəsizliyinə əsl təhdiddir” – Bayden deyib.

Prezident eyni zamanda bunları da söyləyib:

“Biz doğrudan da dünya tarixində dönüş nöqtəsindəyik. Son üç-dörd ildə qəbul etdiyimiz və yaxın üç-dörd ildə verəcəyimiz qərarlar növbəti altı onilliyin necə olacağını müəyyən edəcək. Və hər şeyin açarı demokratiyadır”.

 
Comment