0
Saturday 10 August 2024 - 08:42

Qaniçən İsraildən daha bir dəhşətli cinayət - Məktəbdə qətliam törədildi!

Story Code : 1153067
Qaniçən İsraildən daha bir dəhşətli cinayət - Məktəbdə qətliam törədildi!
İşğalçı İsrailin Qəzza şəhərində məktəbə endirdiyi zərbələr nəticəsində azı 100 nəfər dinc sakin şəhid olub, digər onlarla insan ağır yaralanıb.

“Sinxua” xəbər agentliyi hadisə baş verən ilk saatlarda 40 nəfərin həlak olduğunu yazıb. Ama daha sonra Press TV telekanalı məlumat yayaraq bildirib ki, şəhid olanların sayı ən azı 100 nəfərdir və onlarla digər günahsız fələstinli ağır yaralanıb.

Qeyd edək ki, işğalçı İsrail rejimi ötən ilin oktyabr ayından bu günədək, Qəzza və digər Fələstin şəhərlərində HƏMAS Müqavimət Hərəkatına qarşı əməliyyatlar bəhanəsi ilə hücumlar edir və minlərlə körpə, qadın, yaşlı fələstinli qaniçən İsrail rejiminin hücumlarının qurbanı olub.
Comment