0
Thursday 8 August 2024 - 15:55

Türkiyə sərhəddə hərbi baza yaratdığına dair iddialara münasibət bildirib

Story Code : 1152759
Türkiyə sərhəddə hərbi baza yaratdığına dair iddialara münasibət bildirib
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O söyləyib ki, bu, həqiqətə uyğun deyil və PKK/SDG/PYD-YPG terror təşkilatlarının həmin ərazidə zəifləməsi kimi qiymətləndirilməlidir: “Bölgədə hücuma cəhd olarsa, artıqlaması ilə cavab verəcəyik”.

Z.Aktürk həmçinin ərazidə çoxlu sayda türkiyəli hərbçinin şəhid olması ilə bağlı iddiaları da təkzib edib: “Əməliyyatlarımız uğurlu və effektiv şəkildə davam edir. İraqla koordinasiyamız da hər ötən gün inkişaf edir. Terror təşkilatları və onlara aid media orqanları zaman-zaman dezinformasiyalar yayırlar. Bu, onların son çırpıntılarıdır”.

Qurum rəsmisinin sözlərinə görə, son vaxtlar ərazidə öldürülən terrorçuların sayının artması Türkiyə Silahlı Qüvvələrinin müntəzəm əməliyyatlar aparmasının göstəricisidir: “Oradakı mağaralardakı terrorçular yavaş-yavaş təmizlənir. Ərazi tamamilə təmizlənənə qədər əməliyyatlar davam edəcək. Çox az qalıb”.

Qeyd edək ki, daha əvvəl Rusiya və Suriyanın Türkiyə ilə sərhəddə baza yaratmasına dair məlumat yayılmışdı.
Comment