Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mali keçid parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Fuseyn Uatara bildirib.
“Mali Ukraynanın Afrikadakı yaraqlılara dəstəyi ilə bağlı məlumatları araşdırmaq üçün BMT Təhlükəsizlik Şurası ilə əlaqə saxlayıb. Mali və Niger bu məsələni təşkilata həvalə edib”, – Fuseyn Uatara deyib.
Bununla belə Ouatara Kiyevin yerli üsyançılara kəşfiyyat məlumatı vermək qabiliyyətinə şübhə edir. O, etiraf edib ki, belə məlumatlar Amerika və ya Fransa kəşfiyyat xidmətləri vasitəsilə ötürülə bilər.